Bir gün dodağımda qırıldı sözüm,Qaldım bir kəlmənin əlində əsir.Ürəyə üz tutdum,dedi: yalvarmaSözü saxlamağa yerim nə gəzir?

Sarsıldım ürəyin etirafından,Gördüm ki, o dilə gəlməz təzədən.Qəlbimə o qədər qəm yığılıb ki,Orda yer qalmayıb bircə sözə də...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri