Qorusun
Yol tapmayıb üz tuturam Tanrıyaİşimizi sözümüzdən qorusun.Bu bir dərddir, kim duymasa o duyar,Əl çalanı kürsümüzdən qorusun.
Təpəmizə dağlar şahı deyirik,Koma hörüb saray qədər öyürük,Əyri gözlə dost yükünü əyirikGöz dəyəni gözümüzdən qorusun.
Haqq axtaran yarasına düz əkdi,Nəfsin boğan bir mahala bəzəkdi,İlk nübarı, pak ocağı, düz əhdiQapı güdən izimizdən qorusun.
Min ev yanar bir ocağın qoruna,Yüz mərd düşər bir namərdin toruna,Ordu gərək satqınından qorunaÇoxumuzu azımızdan qorusun.
Əsir etdi ömrü bəhsə-bəhsimiz,Qeybət qırdıq kəsilincə səsimiz,Belimizə çox yük vurub nəfsimizQarnımızı ağzımızdan qorusun!
Tərs baxışdan zəhər damır çörəyə,Soyuq sözdən şeytan girir ürəyə,Tək zirvəni duman da tez bürüyər,Sevgimizi nazımızdan qorusun.
Ev tikənəm, qonşum quyu qazandı,Sağım yazır, sol əlimsə pozandı,Başqasına cavab vermək asandıAllah bizi özümüzdən qorusun.
27.X.1992
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-qorusun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
YaxşıdıKamal sərf edənlər, kamil olanlar,Əgər qulluq etsən, sənət yaxşıdı.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,