Aramızda Araz oldun,İçəcəyəm, bəxtim, səni.Bu saralan zəmi kimiBiçəcəyəm, bəxtim, səni.

Bu zamanın axışında,Bu zalımlar naxışında,Bu qardaşlar baxışındaSeçəcəyəm, bəxtim, səni.

Bir sahilsiz nəhir olsan,Bir günəşsiz səhər olsan,Dünya dolu zəhər olsan,İçəcəyəm, bəxtim, səni!

Qars-Gümrü yolu, 1987

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri