Məni niyə buraxdın
Hardan gəlib yetişdi?Söydüm bu namərd vaxtı.Dartdım onu azadam –Əziyyətim nahaqdı!
Od tutdu sabahacanArada bir kəlmə: "can".Sabahı diri açanGözlərimiz çıraqdı!
Uluyuq, pir deyilik,Allaha sirr deyilik,Bir ikən bir deyilik,Kor olsun belə baxtı!
Yaradıb düzə boşlar,Başına tökər daşlar.Yaxşını pisə tuşlar,Dünya belə alçaqdı!..
Niyə əlimi sıxdın,Niyə yoluma çıxdın,Bilirdin ayrılıqdıMəni niyə buraxdın?!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-meni-niye-buraxdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
حسن از آنپایه گذشته است که در وصف من آیدمگر او پرده براندازد و خود رخ بنماید
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.