Ay ağalar, ay qazılar,Görün mənə nələr oldu!?Hücum etdi qəm ləşgəri,Bağrım didər, dələr oldu.

Dursan gedək güllü bağa,Bülbüllər qonur budağa.Məcnun olub düşdüm dağa,Yoldaşım ahular oldu.

Sən batırdın qəmə, yasa,Ləblərindən mənə busa.Həsrətindən yazıq MusaDaha çətin gülər oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri