Ustadımdan dərs almışam,Mim, əlif, daldı yüküm.Dürrü qumaş çəm etmişəm,Yaşıldı, aldı yüküm.Mətahım eyi mətahdı,Neylim yoxdu bazarı,Əgər söz isbata keçsə,Xeyli iqbaldı yüküm.

Yığılsın mərdanələrMəclisi xoş eyləsin;Mərd gərək mərdin yolundaSərin peşkaş eyləsin.Bu gün saqi məclisidi,İstəyən nuş eyləsin;Abi-kövsərdən götürmüşəm,Eyni zülaldı yüküm.

Həqiqətdən dərsim aldım,Mərifətdən halıyam;Təriqətdən dərs almışam,Şəriəti tanıyam.İsmimdi Aşıq Musa.Şahi-Mərdan quluyam.Xirdarı var sərf eyləsin,Gör nə cəlaldı yüküm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri