Mərd
Xaliq özü MəhəmmədəGöndərdi Quranı mərd.Yüz on dörd əziz surəni,Otuz cüz ayanı mərd.Heç kimsədən bakım yoxdu,Sığınmışam Sübhana.Mən atanın mərd oğluyam,Gəzirəm meydanı mərd.
Hər kimə ki mən “can” dedim,Canı canda görmədim.Xudada olan kərəmiBəninsanda görmədim.Atasına kəc baxanıBir məkanda görmədim;Nəzər saldım sağa, sola,Dolandım hər yanı mərd.
Qafil olam, Aşıq Musa,Kim qalacaq dünyada;Uca könlün alçaq saxla,Havalanma ziyada.Cəhənnəmin maliklərinGündə yüz yol sal yada.Bağışlanar günahların,Gəl eylə tabanı mərd.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-musa-merd
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dərdlərimi dağlara qoy deyim, dilə gəlsin,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,