Başına döndüyüm, a Nərgiz xanım,Məclisinə qeyri-canan gəldimi?Sənə qurban olsun bu şirin canım,Qəddi mina, qaşı kaman gəldimi?

Könlüm çox istəyir, uzaqdır aram,Çətin bu yaradan mən də qurtaram.Loğmansız xəstəyəm, qurtarmaz yaram,Söylə görüm həkim Loğman gəldimi?

Öz adım Musadı, mən bəxti qara,Heç bəndə düşməsin belə azara.Bulunmaz, dərdimə qılınmaz çara,Söylə görüm, dərdə dərman gəldimi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri