Dolanır
Gətirməz dünyada kəsıbın işi,Nə olsun hər yanda uzaq dolanar.Qurumaz hər zaman gözünün yaşı,Yediyi qarınla pazax dolanar.
Fələyin qanunu yazılıb belə,Çirkin-pis tuş olar türfə gözələ.Fağırın könlünü kim alar ələ?Demək-gülmək ona yasaq, dolanar.
Dünya görən bilir ovandı-tərsi,Kənd-kənd dolaşmışam Çıldırı-Qarsı.Pirim pünhan yerdə veribdi dərsi,Demə Aşıq Heydər qoçaq dolanar.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-dolanar
← → düymələri ilə keçid, R — təsadüfi şeir