Çəkilmir başından duman - çiskini,Nə betər dəyişib halı dağların.Qar gəlib yolları - izləri tutub,Ağarıb yamacı - yalı dağların.

Sökülüb binəsi, köç edib ellər,Başlayıb əsməyə boranlar, yellər.Çağlamır bulaqlar, kükrəmir sellər,Çəkilib heyvanı, malı dağların.

Heydər qan ağlayır, yurddan gen düşüb,Qəzanın qədəri - “Xoya” yön düşüb.Dərdə ac - yalavac, ləlöyün düşüb,De hanı motalı, balı dağların!?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən