Dağların
Duman - çiskin basıb, görünməz olub,Görünmür yaxası, başı dağların.Mətahdı, qızıldı, gövhərdi, ləldi,Torpağı, qayası, daşı dağların.
Gözündən tökülür qan ilə yaşı,Özü də başlayıb dərdlə savaşı.Yenə yada düşür pendir - lavaşı,Dadlı çəkməcəsi, aşı dağların.
Nə vaxtdı irağam, sinəm dağlıdı,Oraya uzanan yollar bağlıdı.Aşıq Heydər naləlidi - ahlıdı,Bu il betər gəlib qışı dağların.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-daglarin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Durnam, dağlara xoş gəldin
Köç eyləyib köçən durnamDurnam, dağlara xoş gəldin!
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
BənzərEy ağalar sizə tərif eyliyim,Çəkduğum zəhməti sizə söyliyem,