Ağlayıram göz yaşıynan,Sellər qalıb Ağbabada.Dünya mənə xor görünür,Güllər qalıb Ağbabada.

Sevgimə yetmək istərəm,Baş alıb itmək istərəm,Vətənə getmək istərəm,Yollar qalıb Ağbabada.

Əsam dönüb ilan olub,Adil divan yalan olub,Aşıq Heydər talan olub,Ellər qalıb Ağbabada.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən