Mələşir qoyun-quzular,Gələn yazın havasından.Bilinir ki, “Dübeyti”dir,Telli sazın avazından.

Dayçalar oynar, qapışar,İnsan torpaqla tapışar,Cütün məcindən yapışar,Cütçü çıxıb yuvasından.

Dəlilənən sellər-sular,Bulanıq axar, durular,Heydər ellərdən sorular.Ağbabadan, obasından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən