Yaxşı ki varam
Azərbaycanımda yaxşı ki, varam,Söz gülüstanımda yaxşı ki varam.
Döyüşlərdə çaldım mən rübabımı,Qəlbimdə gəzdirdim inqilabımı,Dostluğa həsr etdim hər kitabımı,Bu yazı-pozumla yaxşı ki varam,Baharım, yazımla yaxşı ki varam.
Qələm düşməyəcək əlimdən mənim,Şeirlər mahnılar dilimdən mənim.İz qalır hər ötən ilimdən mənim,Dost, qardaş ellərçin yaxşı ki varam,Xoşbəxt nəsillərçin yaxşı ki varam.
Könül, arzu dolu ürəklərə bax,Bu canlı güllərə, çiçəklərə bax,Bax bu gözəllərə, göyçəklərə bax.Bu yaxşı dövranda, yaxşı ki varam,Hər yerdə, hər yanda yaxşı ki varam.
Səsim gah arandan, gah dağdan gəlir.Min çəməndən gəlir, min bağdan gəlir.Sorağım yaxından, uzaqdan gəlir.Dərya həvəsimlə yaxşı ki varam,Şair nəfəsimlə yaxşı ki varam.
Uca dağlardan da ucadır başım,Nə qızılım vardır, nə də daş-qaşım.Saysız-hesabsızdır, dostum, qardaşım,Bu nadir varımla yaxşı ki varam,Günəş vüqarımla yaxşı ki varam.
Düşmənin gözünə bıçaqdır adım,Anamın dilində uşaqdır adım,Həsəddən, qeybətdən uzaqdır adım.Belə sərvətimlə yaxşı ki varam,Yaxşı sənətimlə yaxşı ki varam.
“Sən kimsən” deməyin mən Süleymana,Sadiq bir övladam Azərbaycana.Dünəni, bu günü hələ bir yana,Onun sabahında yaxşı ki varam,Vətən pənahında yaxşı ki varam!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-yaxsi-ki-varam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu bağın başqa gözəllikləri var,Boylanıb incə çiçəklər, otlar.
Ana və poçtalyonDörd ay vardı, ananın gözləri yol çəkirdi,Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Süleymanam, dəyişmərəmKönül necə sevinməsin, bahar gəlib, bahar gəlib,Gəzib diyar-diyar gəlib.
MənsizBir gün bu dünyadan köçəcəyəm mən,Ulduzlar, ay, günəş doğacaq mənsiz.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ölkənizdə varsa sizin bir qərib,Baxın gözlərində nə var axşamlar!
MənSəyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən,Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən.
Əcəb sevdadı bu, sevdayə düşdümƏcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim