Bu əvəzsiz, bu gözəlDiyar ürəyimdədir.Dünyalarca sevdiyimNigar ürəyimdədir.

Yaxşı bilirəm ki, mənMənliyindən dönməyən,Zirvəsindən enməyənVüqar ürəyimdədir.

Məni cavan saxlayan,Bu ellərə bağlayan,Dərya kimi çağlayanQərar ürəyimdədir.

Yolu ağ günlər yolu,Dövlət dolu, var dolu,Gözəl mahnılar doluQatar ürəyimdədir.

Nə tufandan qorxuram,Nə borandan qorxuram,Nə xəzandan qorxuramBahar ürəyimdədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri