Axşamlar
Ölkənizdə varsa sizin bir qərib,Baxın gözlərində nə var axşamlar!Qəribin halını Vətəndən əsənTanrının yelləri sorar axşamlar!
Qayıq qucağında, dəniz üzündə,Dalğanın nəğməsi deyil gözündə.Bir şeylər söyləyir, onun sözündəKönül bir incəlik duyar axşamlar!
Açmayır dərdini qərib bir kəsə,Qulaq verib durur hər yanıq səsə;Vətən müjdəçisi ruzigar isə,Bəzi günlər olur susar axşamlar!
Bir söz ismarlamış bəlkə yar eli,Nədən anlaşılmaz quşların dili?Sanki boğmaq istər göz yaşı seli,Qəribin gözləri yaşar, axşamlar!
Axşam ona kədər, ona düşüncə,Toxunmayın, qərib qəlbi pək incə!Yollarla söyləşir məktub gəlincə,Onun üçün yollara baxar axşamlar!
Əcəb, yoxmu onun baxçası, bağı,Güllərə baxmayır, gül solu-sağı;Sən, eylə gəl, onu sanma bayağı,Nasıl duymadınmı coşar axşamlar?!
Ey o yanıq qəlbin eli, vətəni,Varmı səndə onun halın soranı?Əcəb, sağmı onlar, varmı qalanı?Varsa söylə, qələm yazar axşamlar!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-axsamlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Yüzdən çəkəndə naz ilə, mahım, niqabını,Torpaqlara fələk salır öz afitabını.
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
دلی دارم ز سودایش پر آتشدلم گرمست و جان گرمست و سر خوش
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur