Bunumu istərdin
Çoxdan bəridir ki, bu zavallı könlüm,Mən səndən aldığım nur ilə yaşayır.Sənin yadigarın ruhumdakı bu ölüm,O coşmaq istəyir də, yazıq ki, coşmayır.
Qaranlıq bir yolda söndürdün çırağımı,Öylə zənn etdin ki, bir daha yanmayacaq.İndi bir nazənin almaqda sorağımı,O keçən yollarm qurbanıyam ancaq!..
Mən and içmişdim ki, o gün səndən sonraYalvarmayacağam artıq heç bir gözələ.Ancaq günlər keçdi, sağaldı köhnə yara,Bax onun qəlbimdə yox bir nişanı belə!
Mən artıq əvvəlki sərsəri deyiləm ki,Sənin dizlərində tökəm göz yaşımı?!Bu kəskin üsyanı, sən anlamazsan bəlkə?Bir başqa mehraba əyməkdəyəm başımı!
İstədiyim kimi, sən qalx, onları dara,Artıq nə mənası vardır, ağarmış tellər?!Qaldır şu güzgünü, vur dilsiz divara!Və sonra üzünü qaranhqlara göstər.
Kitabxana.az · https://kitabxana.az/works/cavad-bunumu-isterdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəzəndikcə çiçəklərlə, ey çoban qızı,Nə cənnətdir sığındığın dağların qoynu?
DağlarDərdli sinəndəki əski cığırlarİnsan izlərinə bənzər, a dağlar!
Dan ulduzuBu qaranlıq gecə nə qədər sürdü?Yetiş imdadıma, ey dan ulduzu!
DərdimQərib könül, yenə dərdim yüksəldi,Gördünmü keçmişin haldan gözəldir!
Başqa şairlərin şeirləri
(Mahnı. Musiqisi Xəyyam Mirzəzadənindir)*Dindirirəm dinməyirsən,
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف