Dağlar
Dərdli sinəndəki əski cığırlarİnsan izlərinə bənzər, a dağlar!Bu ağır başlıca baxışın mənəQanlı əfsanələr söylər, a dağlar!
Oxunmaz olmuşdur daşlarda yazı,Lal olub qalmışdır aşiqin sazı…Gedərdi dərdimin bəlkə bir azıSöylətsəydi səni bir ər, a dağlar!
Sinəndə hesabsız dastan düzülmüş,Çox ahlar çəkilmiş, gözlər süzülmüş.Yollarda bir aşiq yaman üzülmüş,Dərdinə bir dərman istər, a dağlar!
Bir aşiq deyir ki: "Bilməm nədənsə,Aşarkən karvanlar bir dağı kəsə;Oxuyurdu qızlar verib səs-səsə,Uzaqmı sürəcək səfər, a dağlar?!"
Eşitdim eskidən, bilmədim nerdə?Çöldə bir karvanın qonduğu yerdəTutularaq bir qız bir adsız dərdəAğlarmış hər axşam, səhər, a dağlar!
Nerdən biləyim ki, çıxarkən yola,Dedinmi onlara "Uğurlar ola!"Sən söylə o coşqun türkə, moğola,Artıq qara günlər yetər, a dağlar!
Mən dinləyim böylə, gol nişan ver sən,Altun ordulardan, igid ərlərdən.Karvanlar qonuğu kölgəliklərdənKimlər gəlmiş, keçmiş kimlər, a dağlar?!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-daglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir