Bəzən yosmalar alayı,Əllərində nurdan ayıDağdan, arandan keçər!

Bezən elin bir qadım,Bildiyin yoxkən adını,Gülümsər, yandan keçər!

Hərdən yumuşaq bir ipək,Dalğalanar ətək-ətək,Ürəkdən, qandan keçər!

Görürsən bir telli yıldız,Şimşəyi andıran bir qızSüzülüb, qandan keçər.

Şümşad boylu, gözü almaz,Salam verrəm, salam almaz!Cavadı heç saya salmaz.Gedib, biyabandan keçər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri