Böyük tufan başlayırBöyük qardaş gedən tək.Şaxta tüğyan eləyir;Kollar yerə sinərək, -Vıyıldayır küləklərBudaqları əyərək.Miyoldayır pişiklərBəzən gecə sübhəcən.Yeri, göyü bürüyürDörd tərəfdən duman-çən.Ocaqlar bərk qalanır,Qazanda hədik bişir.Pəncərelər açılmır,Qapılar tamam şişir.Küçə, bayır görünmür,Aynalar naxış olur.Heç bilmirsən, haradan,Otağa soyuq dolur.Kiçik qardaş zalım olurBöyük qardaşdan yüz yol.Başını da qaldırmırNə bir ağac, nə bir kol.Dəliqanlıq eləyirİki qat az ömrünü.Tezcənə başa vururYartda öz ömrünü!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri