Yüzdən çəkəndə naz ilə, mahım, niqabını,Torpaqlara fələk salır öz afitabını.

Bilməm ki, nəşəsin nə bilir, həq deyən, meyin,Zahid ki, dadmayıbdı məhəbbət şərabını.

Göz kim, bu qədr giryələr eylər, vüzu qılıbİstər kəfi-nigarə cəmalın kitabını.

Ol qədr şərm var o büti-novrəsimdə kim,Yüz məst ola, şərab götürməz hicabını.

Saymaq sitarə yadi-qədinlə şəbi-fəraq,Könlümdən etdi məhv qiyamət hesabını.

Məlumdür ki, hicrin olur axırı vüsal,Amma könül gərək gətirə hicr tabını.

Ahuyi-Çin üzündə görüb tari-zülfüvü,Etdi fərar, atdı çölə müşki-nabını.

Vaiz, şəbi fəraqda gör halımı, soraTəqrir eylə xəlqə cəhənnəm əzabını.

Məqtə — şairin təxəllüsü olan son beyt. Canım fəda o qatilə, Seyyid, ki əcrdəYazmış mələk, həzar şəhidin səvabını.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq