Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib,Alıbdı səbrü qərarimi aşikarə, gedib.
Gedib şikarə bu gün ol qəzali-mişkinmu,Aparmayıb itini bilmirəm nə karə gedib.
Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay,Bu gün o mah ki, bu şəhrdən kənarə gedib.
O şəh fərağı mənə rüx veribdi mat oldum,Vəziri-əql düşüb dərdə, ol səvarə gedib.
Bu gün mənim gözümə afitab tar gəlir,O zülfi qarə günümü edibdi qarə, gedib.
Gedib o qaşı kaman qeyrilə şikarə bu gün,Xədəngi-hicri vurub xatirimə yarə, gedib.
Məqtə — şairin təxəllüsü olan son beyt. Olubdu qaib o mahın behişt rüxsarı,Salıbdı Seyyidini aşikarə narə, gedib.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ol-ahu-gozlu-deyirler-bu-gun-sikare-gedib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
O, dağın alnındakıməkrin
Bütün gözəlliyi tanrım o sərvinazə veribBütün gözəlliyi tanrım o sərvinazə verib,O hər nə etsə, təbiət ona icazə verib.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.