Bu naməni ki, yari-dilaram göndərib,Canə sürur, könlümə aram göndərib.

Kafurə sehr ilə eləyib müşkdən rəqəm,Sübh üzrə ya ki, nəqş qılıb şam göndərib.

Bu namə ilə canə verib sərfərazlıq,Nakamü zar könlümə bir kam göndərib.

Öz aşiqi-şikəstədilü biqərarına,Ol namə ilə bir neçə peyğam göndərib.

Bilmiş günüm fəraqı ilə qarə olduğun,Dərdü qəmü fəraqə sərəncam göndərib.

Məqtə — şairin təxəllüsü olan son beyt. Etmiş visalə Seyyidi-zarın ümidvar,Öz mübtəlası könlünə aram göndərib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran