Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm,Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm.
Qayəti-rəşkim təmaşa qıl ki, qanımdan keçib,Qeyri qanın tökməgə ol şuxi mötad eylərəm.
Sən, könül, fürsət tapıb ol yarə qurban kim, sənəGər əlimdən gəlsə, billah mən də imdad eylərəm.
Mətləbim bir gecə əfğanım yetirməkdir sənə,Bunca kim, ey mah, cövründən sənin dad eylərəm.
Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib,Şami-hicran könlümü bu növ ilə şad eylərəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyidi-bəxti-qəranı gər “Bilalımdır” desən,Ey adın qurbanı, mən aləmdə bir ad eylərəm.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-her-zaman-kim-helqeyi-zulfi-kecin-yad-eylerem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedim: ey gül, niyə etdin məni zülfündə əsir?Dedi: divanə olan şəxsə gərəkdir zəncir.
Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilərDəhənin dilbərimin çeşmeyi-heyvan dedilər,Kim inanır bu sözə, göz görə böhtan dedilər.
Ənbər saçılır, qafileyi-ud gəlibdirƏnbər saçılır, qafileyi-ud gəlibdir,Guya ki, genə çəngü dəfü ud gəlibdir.
Şükr eylə, könül, söhbəti-cananə yolun varŞükr eylə, könül, söhbəti-cananə yolun var,Ey tutiyi-şeyda, şəkəristanə yolun var.