Dedim: ey gül, niyə etdin məni zülfündə əsir?
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dedim: ey gül, niyə etdin məni zülfündə əsir?Dedi: divanə olan şəxsə gərəkdir zəncir.
Dedim: ol türreyi-pürçində nədir rüxsarın?Dedi: bu surəti Çin içrə qılıblar təsvir.
Dedim: ol arizi-zibadə nədir xətti-siyah?Dedi kim, müshəfi-rüxsarıma düşmüş təfsir.
Bu ümid ilə ki, qanımı tökər qəmzən oxu,Ey gözün sədqəsi, əmdən qılıram yüz təqsir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xameyi-Seyyid əgər kim, ola yüz muyşikaf,Sifəti-muy-miyanın edə bilməz təhrir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dedim-ey-gul-niye-etdin-meni-zulfunde-esir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəbr evinə o ki, bir şişə meyi-nab aparır,Atəşi-düzəxi söndürməgə seylab aparır.
Hüsndə Yusifə düşməz edə canan ilə bəhsHüsndə Yusifə düşməz edə canan ilə bəhs,Ey əzizim, nə rəva qul edə sultan ilə bəhs.
Görək meydən nə fitnə oldu hadisGörək meydən nə fitnə oldu hadisKi, zahid söylədi ümmülxəbais?!
Könlümün zövqinə bir qönçədəhəndir baisKönlümün zövqinə bir qönçədəhəndir bais,Ləzzəti-ruhuma ol təlxsüxəndir bais.
Başqa şairlərin şeirləri
Qaşı cəllad, gözü fitnə, cadukün,Bənzətmişəm məh camalın hey yaya.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Cövrü cəfavü dərdü qəmi-yarə qaniəmCövrü cəfavü dərdü qəmi-yarə qaniəm,Tağı sitəmlə gər cigərim yarə, qaniəm.