Hüsndə Yusifə düşməz edə canan ilə bəhs,Ey əzizim, nə rəva qul edə sultan ilə bəhs.

Səcdə qıl yarə, könül, baxma o zahid sözünə,Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs.

Dəhənin nöqtə bilib əhli-dəqayiq o məhin,Bunda söz çox, nə edim bir neçə nadan ilə bəhs.

Payi-cananə fəda qılmaq üçün vəsl günü,Sibqət etməkdə edər xəstə könül can ilə bəhs.

Sünbülün halı pərişan görünür, yoxsa edibOl üzü qarə bu geysuyi-pərişan ilə bəhs.

Hüccəti-qatei yox, qönçə, vəli, ağzın açıb,Bilməm eylər dəhəni-yarə nə bürhan ilə bəhs.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şeri-möcüz əsəri-Seyyid ilə bəhs qılan,Elədir kim, eləyə ayeyi-quran ilə bəhs.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq