Görək meydən nə fitnə oldu hadis
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Görək meydən nə fitnə oldu hadisKi, zahid söylədi ümmülxəbais?!
Kəmali-cəhli gör kim, söyləmişlər:Olur mey fitneyi-ürfanə bais.
Şəfaətdən olum üqbadə məhrum,Əgər bunlarsa elmi-şərə varis.
Ərəqlə badədir ol iki cövhərKi, yoxdur onlara dünyadə salis.
Biçərsən məzrəi-üxradə, zahid,Nə töxmə olmusan əvvəldə haris.
Fəsad əhli qoyub adın müfəssir,İnad əhli özün söylər mühəddis.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dəhən şövqilə, gər, yox etdi varın,Olur hər nüktəyə Seyyid mübahis.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-gorek-meyden-ne-fitne-oldu-hadis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Sevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
İndiA bimürvət, mən ha səndən ötəriDüşmüşəm çöllərə, sayılam indi.
Səmərqənddə bir qız gördümSəmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,