Bir göl içrə üzürdü bir yekə qaz,Özünə fəxr edib uzatdı boğaz.Dedi: – Mən bir əcibə cür quşam,Üç hünər var məndə, xeyli xoşam.Uçaram göydə, həm suda üzərəm,Quru yerdə boyun çəkib gəzərəm.Bəs mənəm quşların şəhənşahi.Durna oldu bu nəqlin agahi.Dedi: – Axmaqlığında yoxdur şəkk,Qamətindir diraz, əql gödək,Göydə tərlan tək uçmağın varmı,Ya maral kimi qaçmağın varmı?Bir balıq tək üzərmisən sudə,Nədi bu göftguyi-bihudə?Qaz utandı o göldə durnadən.Vaqif ol, ey oğul, bu mənadən.Yəni bir elmə daim ol talib,Zifən ol zifünunədir qalib.Kişi bir sənəti bilər xalis,Çoxuna meyl edən qalar naqis.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri