Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər,Kim inanır bu sözə, göz görə böhtan dedilər.
Zülfünə söylədilər müşki-Xəta, nafeyi-Çin,Həqqini bilmədilər, hərfi-pərişan dedilər.
Gördülər qan içici gözlərini əhli-nəzər,Bu sitəmgərləri axırda tutar qan, dedilər.
Gətdilər duzəx odun aşiq uçün dünyayə,O cigərsuz odun adını hicran dedilər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hicr dərdinə dəva sordum ətibbalərdən,Dəhənin vəslinə, Seyyid, genə dərman dedilər.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dehenin-dilberimin-cesmeyi-heyvan-dediler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nagahan şəhrə gəldi bir çoban,Gəzdi bazari haimü heyran.
MünacatBarilaha, behəqqi-həştü çahar,Xabi-qəflətdən et bizi bidar.
Oğluma müraciət (Cəfəra, bavər eylə kim, Quran)Cəfəra, bavər eylə kim, QuranVəhydir, nazil eyləyib sübhan.
Padşahın məclis əhlinə sualıEtdi bir padşah məclisi-xas,Cəm idi bəzmdə əvamü xəvas.