Barilaha, behəqqi-həştü çahar,Xabi-qəflətdən et bizi bidar.Bu qədər bilmişəm ki, ey mövla,Birdü mənada müxtəlif əsma.Əhədü Əhmədü Bəşirü NəzirBir kəsin adıdır ələttəqdir.Adəmü Nuhü Salehü Musa,Zəkəriyyavü Həzrəti-İsaHamısı bir vücud sari imiş,Məzhəri-feyzi-külli-bari imiş.Səməda, xaliqa, xudavənda!Ey edən süni-aləmi peyda.Arif etdin bizi bu əsmayə,Elə vasil dəxi müsəmmayə.Ləfzi-hüsnün nə isə mənasi,Əhli-eşqin odur təmənnasi.Arifü kamil etdi nəfyi-sifat,Ta ki zati-həqi edə isbat.Seyyida, faş qılma əsrari,Yoxdu bu gövhərin xəridari.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri