Nə müddətdir bu qəflətdən,Oyanmırsan, qara baxtım.Çəkdirdiyin əziyyətdən,Usanmırsan, qara baxtım.

Atmısan ümmani-qəmə,Gülünə etmisən aləmə,Məni dərdə salıb yenə,Dayanmırsan, qara baxtım.

Axıtdın sel tək qanımı,Üzmüsən cavan canımı,Almısan adü-sanımı,Utanmırsan, qara baxtım?

Yaşayıram zəhmət ilə,Çətinliklə, zillət ilə,Sən Pəriyə hörmət ilə,Dolanmırsan, qara baxtım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri