Halımı bil, ey səba, etməgə cananə ərz.Bülbüli-bidil qəmin eylə gülüstanə ərz.

Zülfü-xəyalı məni qıldı pərişan, səba,Eylə bu əhvalı ol zülfi-pərişanə ərz.

Şanəyə ərz etmişəm çaki-dərunum, vəliEyləyə bilməz gedib kakilüvə şanə ərz.

Cənnəti-kuyində bir adəm idim mən, vəli,İndi görüb zillətim, qıl o pəri şanə ərz.

Bijəni-könlüm qalıb çahi-bəladə əsir,Eylə bu halı səba, Rüstəmi-dəstanə ərz.

Qoy məni ərz eyləyim ol gülümə halımı,Etsə gəda, eybi yox, halını sultanə ərz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kimsənədən olmadı dərdinə, Seyyid, əlac,Eyləmə hər nakəsə haluvi əfsanə ərz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq