Etdi bir padşah məclisi-xas,Cəm idi bəzmdə əvamü xəvas.Dedi ol padşahi-sahibhal,Övrətindən o kim, deyil xoşhal,Dursun ol kəs ayağə sürətlə!Hamısı durdular icabətlə.Bir nəfər durmayıb ayağə rəvan,Dedi ol padşahi-mülki-cahan:– Durmadın tez ayağə, səd əhsən!Razısan yoxsa övrətindən sən?Dedi: – Heyhat, ey xədivi-cahan,Durmağa yox bədəndə tabü təvan.Deyiləm razi, ey fələk şövkət,Qıçımı sındırıb bu gün övrət [...]

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə