Pərvizin əhvalatı
Dedi Pərvizə kim, bir əhli-xidəm;Sənə çox oxşayır filan adəm.Başına qoysa tac, vursa kəmər,Ona Pərviz söylər əhli-nəzər.Şəh tələb qıldı ani dərgahə,Gördü kim, həqqi, oxşayır şahə.Dedi ol şəxsə kim, anan gəhü gahBizə dəllallikdə tapmış rah.Çox süxənsənc şəxs idi o fəta.Yer öpüb, söylədi ki, ey ağa,Basmayıbdır anam hərimə qədəmHərəmə var imiş atam məhrəm.Hərəmi-şahın abiyarı idi,Gənci-pünhan xəzinədarı idi.Şahə xoş gəldi ol cəvabi-dilir,Verdi ənam, etməyib təzir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-pervizin-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu günYeri vardır yazıla səfheyi-əflak üzrə.
Hər günüm hicrində, şahim, bir qiyamət etmisənHər günüm hicrində, şahim, bir qiyamət etmisən,Bir bilirsənmi nələr ey sərvqamət etmisən?!
Mən səni əğyarə mail sevməzəm mən edəliMən səni əğyarə mail sevməzəm mən edəli,Düşmənimdir ol ki, könlü hüsnüvə mail degil.
Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yarSeyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar,Ol etdigi qəzəbləri həm eyni-naz imiş.