Bağça barın arzular,Aşiq yarın arzular,Hər nə kim dünyada varÖz miqdarın arzular.Məhəbbət meydanidəMənsur darın arzular.

Cananım tək can az var,Aramızda min raz var,Onda ərkü-naz varsa,Məndə əczü niyaz var.Həzrət et, könül quşu,Kəmində şahbaz var.

Yüzün göz rövşənidir,Zülfün can cövşənidir.Xəyalın ilən könlümMəhəbbət kövşənidir.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq