Hörmüz tacidara dedilər ki, atanın vəzirlərindən nə xəta gördün ki,cümləsin zindana saldın?Hörmüz buyurdu ki, bir xəta görmədim. Ancaq gördüm ki, mənimxövf və hərasım onlara müstövli olubdur və mənim sözümə bilmərrəetimad və etibarları yoxdur. Qorxdum ki, öz canlarının xövfündənmənim həlakıma qəsd edələr. Bəs həkimlərin qövlü ilə rəftar elədimki, buyurublar: “Qorx o kimsənədən ki, həmişə səndən qorxur; əgərçidavada yüz ondan artıq olsan da. İlan çobanın ayağından o səbəb çalarki, qorxur ki, çoban onun başını daş ilə əzə”. Görməmisən ki, ol vaxtki, pişik pələngin əlində aciz qalır, öz qorxusundan pələngin gözlərinçəngalı ilə çıxardır? Və illa pələngin zoruna pişiyin zoru çatmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri