Rüxsarın ətrafında nə xoşDüşübdür danə xallarınOlubdur atəşə məhrəmQorxmazsan yanə xalların

Xan atlandı buraq kimiGülşənə qondu zağ kimiLalə bağrımda dağ kimiQaldı nişanə xalların

Kakilin sünbül tərdirYüzün gül bərgi-əhmərdirMəskən tutmuş nə kafərdirGəlməz imanə xalların

Kafərdir qəsdi-can eylərVarıb Kə'bədə qan eylərÇıxıb təxtə divan eylərBənzər sultanə xalların

Bayat Abbas sərfə qandıEşqin atəşinə yandıÇapubdur Bəlx ilə HindiGələr İrana xalların

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar