Gəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.Eşqin sitəmindən, çərxin əlindən,Bir şahım var, ona dada gəlmişəm.

Fərağat evimdə otduğum yerdə,Oxuyub elmimə çatdığım yerdə,Bir şirin yuxuda yatdığım yerdə,İçiriblər mana bada1, gəlmişəm.

Bülbül idim, ayrı düşdüm gülümdən.Fələk vurdu, cida saldı elimdən,Qurbaniyəm, Qara Vəzir əlindən,Şah oğluna şikayətə gəlmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale