Pəri
Bir almaz göndərdim yara yadigar,Almadı almazı, bağrı daş pəri.Könül tələb elər məndən nəyim var,Od tutub cismimi al-ataş, pəri!
Bülbül ayrılığı simətdi gülə,Güləbətin naxış süsən-sünbülə,Altından nimtənə, üstdən silsilə,Sərəndazdan töküb başabaş, pəri!
Bir gözəlin ələyindən ələndim,Bəli dedim, bəlasına bələndim,Yön çevirdim, hər bir yana diləndim,Qurbaniylə görüş, halallaş, pəri!
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-peri-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Sirlər xəzinəsi, fəsil 43Həmməsləklik ucundan bir gün durub üz-üzə,İki həkim qərəzlə gəldi, nəhayət, sözə.
Hamı “sənsiz” oxuyurBir yel əsdi, qızılgülün ləçəkləri töküldü,Budaqları büküldü.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,