1-ci variant

Özü xoşsifətli, adı xoşnişan,Yeriyir qabaqca Mikayıl, Pərim!Firiştə zülfləri tarimar olmuş,Asılıb gərdəndən həmayıl, Pərim!

Qapına gəlmişəm, sayılam, sayıl,Haqq verən paylara mən oldum qayıl,Qızıl qıtmığından tökdür həmayıl,Dünya olsun sana naqail, Pərim!

Qurbani qurbandı şahın dərinə,Dərviş bilər, xirqə nədi, dəri nə?Ağam qıya baxdı, atdı dərinə,Yetmiş il bənd etdi Cəbrayıl, Pərim!

2-ci variant

Özün şah, aşikar adın həqaiq,Önüncə cilovdar Mikail, Pərim!Dua əfsunudu firiştə zülfün,Cəmi bəlalardan təfail, Pərim!

Özün naseh, kəlamındı imamət,Səcdə elər ona gündə təmamət,Əcəb növrəstədi, xub qəddü qamət,Əcəb şəhla, əcəb şəmail, Pərim!

O məhrəm sirrinə əyyarlığım yox,İqrarına, bil ki, inkarlığım yox,Mənim səndən qeyri, heç bir yarım yox,Canü baş yoluna ha qail, Pərim!

Qurbani qurbandı şahın dərinə,Dərviş bilər xirqə nədi, dəri nə.Ağam qıya baxdı, atdı dərinə,Yetmiş il bənd etdi Cəbrail, Pərim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri