Gəlmişəm
Başına döndüyüm Gəncənin xanı,Mətləbimdi, pəri üçün gəlmişəm.Buyur cəlladlara töksünlər qanı,Mətləbimdi, pəri üçün gəlmişəm!
Böyüklərdən əta, kiçikdən xəta,Mərd igid odu ki, dediyin tuta,Şahlar şahı mənə veribdi buta,Mətləbimdi, pəri üçün gəlmişəm!
Heç çıxmadım nazlı yarın köşkünə,Bulanmadım ənbərinə, müşkünə,Tərəhhüm eylə mən qərib miskinə,Mətləbimdi, pəri üçün gəlmişəm!
Qurbani der: diriliyəm, mən diri,Yolunda qoymuşam can ilə səri,Axtardığım yardı, şikarım pəri,Mətləbimdi, pəri üçün gəlmişəm!
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-gelmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
ZibaGedirdim xublar toyuna,Çıxmışdıq düz yola, Ziba!