Dağlar, sənin ilə həmdəm olmada,Əsirgərsən indi qarı da məndən.Seyraqıbın o tənəli sözləri,Axır ayrı salar yarı da məndən.

Bu ilməyin, bu köynəyin, bu ağın,Əzəl başdan bağbanıydım bu bağın,Sinəm üstə çarpaz düyün bu dağın,Bağban əsirgəyər narı da məndən.

Bu dünya dediyin bir boş ələkdi,Haqqın min bir adı onda gərəkdi,Qurbani der: bu nə çərxi-fələkdi,Zülümlə ayrarlar yarı da məndən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar