Bax
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,Hökmü adil padişahi-qadirü qəhharə bax!
Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq,Gecəki iqbalı gör,gündüzdəki idbarə bax!
Taci-zərdən ta ki ayrıldı dimaği-pürqürur,Payimal oldu təpiklərdə səri-sərdarə bax!
Mən fəqirə əmr qılmışdı siyasət etməyə,Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax!
Qurtaran əndişədən ahəngəri-biçarəni,Şah üçün ol midbəri təbdil olan mismarə bax!
İbrət et Ağa Məhəmməd xandan,ey kəmtər gəda,Ta həyatın var ikən nə şahə,nə xunxarə bax!
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,Nə qıza,nə oğula,nə dustə,nə də yarə bax!
Məqtə — şairin təxəllüsü olan son beyt. Vaqifa,göz yum cahanın baxma xubü ziştinə,Üz çevir ali-əbayə,Əhmədi-Muxtarə bax!
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
Valinin çeşmi çırağı, vəh nə türfə can imişValinin çeşmi-çırağı, vəh nə türfə can imiş,Külli-Gürcüstanın üstə sayeyi-sübhan imiş,
Qış günü çünki dönər şol cənnətül-məvayə kürkQış günü çünki dönər şol cənnətül-məvayə kürk,Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk,
Verdi ağa mənə bir çuxa ki, min donə dəyər.Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,
Başqa şairlərin şeirləri · Fələk və tale
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
ŞərarəEy qələm! Yazmada atəşbar ol!Ey dili-qafil! Oyan, huşyar ol!
SalmasGəzdim İsfahanı,Vanı, İranı,İndi də qalıbdı ay ağa Salmas1.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,