Qış günü çünki dönər şol cənnətül-məvayə kürk
Qış günü çünki dönər şol cənnətül-məvayə kürk,Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk,Görünür ədna əgərçi himməti-valayə kürk,Eylə ki, püşak olur fəsli-şita əzayə kürk,Tən edər yüz faxiri-məlbuseyi-dibayə kürk!
Kürk olan yerdə cahanın rəxti-əlvanı nədir?Eşməkü zərdabə, bəkrəs çuxa, baranı nədir?Pəri-qunun döşəyi, yastığı, yorğanı nədir?Gərmü nərm adamların qucağı, ya yanı nədir?Rövzeyi-rizvanda bənzər hülleyi-hurayə kürk!
Gün bu gündən belə istər hiç təfvir etməsin,Badü bərfin istəsə təbdilü təğyir etməsin,Yazadək kimsə mənə otaq təmir etməsin,Sovuğun hər nə əlindən gəlsə, təqsir etməsin,Oldu bir cövşən xədəngi-şiddəti-sərmayə kürk.
Pusitini-bərrə ki, büzğalə vəxti filməsəl,Eydi növruzi əyan etməkdədir bürci-Həməl,Dəxi sən lazım deyilsən, ey bahari-xoş əməl,İstəməm şimdən geri xahi gəlmə, xahi gəl,Artırıbdır yəni asayiş qədi-balayə kürk.
Vaqifa, çox lütf qılmış həzrəti-sübhan sənə,Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə.Xaneyi-ehsanı abadan ki, verdi can sənə,Tutma kəm, kim çox kərəmdir həm əzimü şan sənə,Fəxr qıl kim, padişahlardan gəlir paşayə kürk.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-qis-gunu-cunki-doner-sol-cennetul-mevaye-kurk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir əndamı nəsrin, dodağı qönçə,Bir qaməti gülbün yara aşiqəm.
Badi-səba, bir xəbər ver könlüməBadi-səba, bir xəbər ver könlümə,Ol güli-xəndanım neçün gəlmədi?
BaxEy Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!
Bayram olduBayram oldu, heç bilmirəm neyləyim…Bizim evdə dolu çuval da yoxdur.
Başqa şairlərin şeirləri
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.