Mənlə bəhs eləyib, gözələm deyən,Ağ üzündə tək bir, tək bir xal gərək.O qaymaq dodağın sədəf içində,Əmmək üçün ləblərində bal gərək.

Sağrı başmaq geyib, nalçası gümüş,Zər tanalı köynək, həşyəsində quş,Mirvari topuqlu, tutayı naxış,Qırx işkə qız sənə xidmətkar gərək.

Naxışkar eyvandır - tamam zərnişan,Ağ üzündə qoşa xallar bir nişan,Ala yazma döşək, xalı Xorasan,Qurban, bu dövlətə bir iqbal gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri