Başma döndüyüm vəfalı dilbər,İrəngin dağlardan lala gətiri.Qaşların ləl olsa, yoxdu qiyməti,Gözlərin başma bala1 gətiri.

Məclisində şirin-şirin danışı,O tərlan duruşu, qıya baxışı,O sərxoş yerişi, o sallanışı,Kafir olsa, yenə yola gətiri.

Mən qurbanam ala gözün məstinə,Nə qıyıbsan şirin canın qəsdinə,Sallana-sallana gəlsən üstünə,Yazıq Qurbanini hala gətiri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq