Yoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,Məni min fıkrə salan bu gödənimdir, gödənim,“Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kefənim” .

Aldadıb xəlqi bütün, kendime qıldım mayil,Ərşeyi-mənbəre çıxcaq sölərem latayil,Siğəsiz gün keçirib olmaram əsla qafıl,“Cam canan diİəmiş, verməmək olmaz, ey dil,Nə niza eyliyəlim, ol ne sənindır, ne menim” .

Ffara getdimsə məne göstərilen hörmətdir,Millətim çünki həqiqatdə gözəl millətdir,Molla olmaq belə bir qövmə böyük nemətdir.“Tövqi-zənciri-cünun daireyi-dövletdir,Ne rəva kim məni ondan çıxara zəfı-tənim” .

Hansı bir şəhrə və ya kəndə ki düşdü güzərim,Olacaq gündə kababım, bİlirəm, simü zərim,Olmuyubdur əliboş övdət edəm bir səferim,“Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,Bir hübabəm ki, havadan doludur pirəhənim” .

-“Molla Nəsrəddin",24 oktyabr 1913, N 24

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İrəvana səyahətim

Mən bu az ömrümdə çox şəhər gəzmişəm və çox yeriər kəştigüzar etmişəm. Amma heç bir yerin əhlini İrəvan adamı kimi xoşrəftar, holim, mehriban, dinc və sakit görməmişəm. Doğrudan, bu şehərdə qurd qoyunla otlayır. Hor bir yığıncaqda camaatın bəhsi elmdən, maarifden, toməddündən və söhbətİ İttihaddan, ittifaqdan və məhəbbətdəndir, Bir əhəddən eşıtməzsən ki, bir kəlmə xilafiinsaııiyyət vo ya xilafı-ədəb söz söyləsin. Amma bunun hamrsı İlə bclə bu şəhərin əhli çox rəşid, şücaətli ve igid adamlardır. Məsələn, çox vaxt görürsən ki, bir nefer bığıburma, şəstli, ucaboy, qazaçı formada, belinde qəmə cavan, yainkı bir saqqalı ağ, beli əyilmiş, başı qırxıq qoca əyləşib bir məclisin yuxarı başmda, camaat hamı dövrhadövr qulağın və gozün ona dikib baxırlar və başları ilə hey bəIİ-bəli İşarəsi ilə söhbət edirlər və o şexs de bu qərar ilə onlar üçün söhbət eləyir: “Mən indiyecən doqquz adam Öldürmüşəm - üçü crməni, altısı müsəlman. Dörd de arvad Öldürmüşəm, on doqquz ev yarmışam, bir ermeni qızı gotürüb aparıb heftelerlə gizlətmişem, Bunların hamısı ilə bele bir gün də qazamatda yatmamışam, divan-dere üzü görməmişəm. Səbəbi də budur ki, elə gəzmemişam ki, bir kəs həndəvərimə dolana bilmesin” .Bu cür söhbəüəri qəfəde, bulvarda, qəstində, bazarda və məsciddə çoxlarından eşİdirson və bclə igidlər camaatm ən bİrinci hörmətlisi, əzizi və İstəklisİ hesab olunurlar, Camaat onlan gecə-gündüz cvlərində arvad-uşaqlarına və qonum-qonşularına tərif edirlər ki, maşallah, maşallah, filankəs doğrudan çox qoçaq vo igid imiş, Bu gün Məşədi Yusif Cavad oğlunu dörd xəncər yarası ilə bazarda pristavların gözlərinin qabağında öldürdü, heç kəs yavuğuna düşə bilmədi.

4 dəq
Dübbə

Balaca felyeton**Rəhmətlik Nəsreddin şah qətlə yetişməmişden qabaq Təbrİzdo bir “Şebnameyi-besirət” çıxardırdılar və orda şah üçün bir təlqin yazıb şahın cəmi nameyi-əmaiın bir-bir üzünə oxumuşdutar. Guya şaha belə telqit eləmişditər ki, “zəmani ki sənin ruhun cəsdindən pervaz etdi ve sənı qoydular qebre, onda inkir-minkir gelib səni Allahından, peyğəmbərindən, qiblenden, kİtabından, məmləkətindən, səltənətindən, əmanndan, təxribandən soruşacaq ve sənin qanunundan, qoşunundan, nizamından sual edəcək, qorxma ey filan, fılan olmuş, degilon: bədrəstiki yuxu mənim allahımdır, qeflət peyğəmbərimdir, as kitabımdır, övrətlər qiblemdir, herc-mərc qanunumdur, tökizlər sərtiblərimdir, dağlann kəlləsi yoiumdur, livan kovduşi mətanımdır və əhləldübbə mənim diplamatımdır və iix.” .

3 dəq
Niyə qəzetə və məcmuə satılmır?

Hər kəs istesə bilsin ki, hansı şəhərin mömin və müqəddəs adamları çoxdur və harada çox axirət fıkri çokən var və haranın mollalarına camaatın ixlas, iradəti kamildir, daha dağa-daşa düşmək lazım deyil, gəlsin qəzetə vo jumal idarələrinə, orada bu mühüm mosələni asanhqla başa düşo bilər.İndi sen deyecəksən ki, bu soz lap “Töhfetül-məcalis” kitabının sozlerine oxşadı. Müqəddəs kişilərin hesabıni gərək hər yerdə hamamlardan, məscidlərdən, zİyarətgahlardan öyrənəsən. Onların qəzetə idarələrinə nə dəxli var? Jumal idarəsi hara, onlar hara?! Onda mən sonə bir mfıxtəsərcə hesab deyəceyəm və sənin ağlın kesecəkdir ki, mənim sözüm düzdür, daha özünü təşvişe salmayacaqsan.

3 dəq
Məkkə

Bir gxitı bir nəfər təzə Məkkədən gələn hacıya çox ürəiym yandı. Həqiqətdə də bu cür adamlara ürək yanmalıdır. Çünki şəherində oturduğu yerdə axundlar o qədər yazığa altdan-üstdən deyirlər ki, san müstətesən, beləsən, şeləsən, binəvant üzdən-gözdən salırlar. Durur, az-çox nə mayası var, üzləyİr, bir qədər pul götürüb düşür bərri-biyabanə, durma gəldim, Məkkə. Günə bir mənzİl, təyyinıənazil, qeti-mərahıl, yetişcək haman fövri bİr naxoşluq yapışır yaxasmdan, öl ki öləsən. Necə ki, her il minlərlə və olexüsus bu İl otuz altı min nəfər ölübdür...Hocc Fürui-dindən olub, onun barəsində danışmaq nəinki “Molla Nesrəddin”in, bəlke onun babasının da hünəri deyil və camaat da ki, hər il yiiz minlərlə gedib ora, yüz min deveni, camışı, inəyi, qoyunu qurban edib, dübarə pul verib basdırırlar torpağa, bir hikmətdİr ki, ona heç kəs əl apara bilməz. Ancaq menim bu damşığım orıdan ötrüdür kİ, öz günümə ağlayıram və hesab eİByirəm ki, ildə bu qədər adam ki Məkkəyə gedİT və çoxu da dəTəceyi-şəhadətə yetişir, onların hər birisinə behiştdə yetmiş min qəsr zebərcəddən, yaqutdan vcrsələr və hər qəsrİ yetmiş min dəfə bu dünyadan böyük olsa, mən ondan qorxuram ki, bİzlərə dəxİ cənnatdə yer qalmıya. Və işdi, Allah eləməmiş, biz də getməlİ olsaq, üzrümüzü istayalər. Odur ki, bunlann hər il bu qədər qınlmağın eşidəndə qısqanmağım hıtur ve hesəd aparıram buların o səadətinə ki, Məkkə kimi müqeddəs bir şəhərdə can cahan-afarinə tapşınriar, çünki onsuz da çoxusu Ogər vətənlerindo vofat etsələr, vesiyyət edəcəklər kı, sümüklərini Vığıb-yığışdırıb Kerbalayi-müellayə aparsınlar.

4 dəq

Başqa şairlərin şeirləri · Satira