Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)
“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,Söylə bizim tənbələ, yat, qal dala,Yorğanı çək başına, sən çulğala,Barmağını burnuna sal, qurdala.
Ay hacı, ay məşhədi, ay kəblayı,Ay əmi, ay molla, a bəy, ay dayı,Qəlyanı çək, tiryəki at. İç çayı,Yax hənanı, ver uruğu saqqala,Get hamama, yat, yuxula, qal dala.
Elmü ədəbdən usanıb nifrət et,Çıx küçəyə, dadlı söyüşlər eşit,Molla təki sən qoyun ardınca get,Çıx qayadan at özünü parçala,Düş, yıxıl öl, yat, yuxula, qal dala.
Etmə həvəs məktəbə ya sənətə,Heç biri dəyməz buların bir çetə,Adət elə fəhləliyə, zillətə,Hambal olub daş daşı, çap, yorğala,Sonra uzan, yat, yuxula, qal dala.
Olma xoruz, get toyuq ol, banlama,Etmə məzəmmət, özünü danlama,Vəzü nəsihət eşidib anlama,Söz deyənə saqqalını yırğala,Rahət uzan, yat, yuxula, qal dala.
Kursu qutar, qoltuğa al papkanı,Qaşlarının üstünə qoy şapkanı,Batsa elin, çək başına yorğanı,Tərbiyəni böylə verir uşkola,Yoxsa sən azdın yolunu, ay bala?Vur qumarı, iç çaxırı, nuş elə.Milləti-islamı fəramuş elə,Mariya, Sonyanı dərağuş elə,Hər kəsə ki, çatdı gücün, tapdala,De, yalanı, doğru sözü daldala.
Quldur olub ev tala, qanlar axıt,Açsa kim ağzın, təpəsin vur, dağıt!Çeynə ətin qardaşının xırta-xırt,Xəncəri çək, vur, iki böl, şappala!Rahət uzan, yat, yuxula, qal dala.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-esar-kelniyet-agrin-bu-qoca-naqqala
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rus ədiblərindən A.N.Ostrovskiyə nəzirə*ƏFRADİ - MƏCLİS
Birinci pərdəMəclis vaqe olur hacının hücrəsində. Mirzə Yusif stolun dalında oturub hesaba*baxır:*
İkinci pərdəHacının evi. Bir neçə dənə stol və miz düzülüb, lampa yanır. Hacı əyləşmişdir. Yusif*daxil olur*
YazQızışdırar bahar ayı yerin, göyün havasını,Dəyişdirər, tünüklədər xəlaiqin libasını.
Başqa şairlərin şeirləri · Satira
[ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]Çapma atını, girmə bu meydanə, a Molla!
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.