Şükr eylə, könül, söhbəti-cananə yolun var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şükr eylə, könül, söhbəti-cananə yolun var,Ey tutiyi-şeyda, şəkəristanə yolun var.
Məhrum degilsən hələ kuyindən o şuxun,Ey bülbüli-şuridə, gülüstanə yolun var.
Ey səbzeyi-xət, sən ki ləbi-yarə yetişdin,Bir Xızrsan, ol çeşmeyi-heyvanə yolun var.
Ey şanə, bu könlüm kimi sədçak neçinsən,Ol silsileyi-zülfi-pərişanə yolun var?
Bu bisərü padən niyə bidadüvi kəsdin,Ey şux, sənin kim, belə ehsanə yolun var?!
Bu ülfəti-zahirdən əgər mən olursan,Qurbanın olum, ülfəti-pinhanə yolun var
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, dəxi bu tale əlindən nə şikayət,Ey mur, sənin bəzmi-Süleymanə yolun var.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sukr-eyle-konul-sohbeti-canane-yolun-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eylədi axır fələk ol gülüzarımdan məni,Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni.
Zahidin gər güzəri bir düşə meyxanə sarıZahidin gər güzəri bir düşə meyxanə sarı,Kafərəm gər dönə ol məscidi-viranə sarı.
Dünən gecə mənə həmbəzm bir səmənbər idiDünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
Çəkmə, ey dust, bu gün daməni-səhrayə məniÇəkmə, ey dust, bu gün daməni-səhrayə məni,Yoxdur ol mah, aparma bu tamaşayə məni.
Başqa şairlərin şeirləri · Eşq
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.