Dünən gecə mənə həmbəzm bir səmənbər idi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa,Bir əldə türreyi-dilbər, bir əldə sağər idi.
Gecəm o hur cəmalilə ruz tək rovşən,Yerim behişti-bərin, badəm abi-Kövsər idi.
Nə xahiş eyləsəm ol bəzm ara olub hasil,Nə arizu eləsəm yardən müyəssər idi.
O gunə çox gecələr görmüşəm behiştasa, –Və leyk, ol gecə həm, bir behişti-digər idi.
Xuda keçən gecəni ömrümə hesab eləsin –Ki, hər dəqiqəsi yüz min günə bərabər idi.
Məqtə — şairin təxəllüsü olan son beyt. O qədr axtarasan, ey şəhi-diyari-vəfaKi, heyf öldü bu Seyyid, qəribə çakər idi.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dunen-gece-mene-hembezm-bir-semenber-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarım kimi bir sərvqədü gülbədən olmaz.Rüxsarına bənzər o gülün nəstərən olmaz.
Qurtardı nisfi-şamdə, saqi, şərabımızQurtardı nisfi-şamdə, saqi, şərabımız,Etdi qürub, heyf, bizim afitabımız.
Səndə, ey ləli şəkər, bunca vəcahət qalmazSəndə, ey ləli şəkər, bunca vəcahət qalmaz,Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.
Novbahar əyyamıdır, mən zar qaldım yarsızNovbahar əyyamıdır, mən zar qaldım yarsız,Hiç bülbül olmasın bu fəsldə gülzarsız.
Başqa şairlərin şeirləri · Eşq
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Saqi xumari-eşqəm, bir mey gətir, amandırSaqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.